SF2COQI5RC4X3FLL Haqqımızda
AZE EN RU

“Fruit Aqro” MMC Koronavirusla Mübarizəyə Dəstək
Fonduna 10 min manat ayırıb

“Fruit Aqro” şirkəti dünyanı sarsıdan, dünya, o cümlədən yerli iqtisadiyyat üçün təhlükə doğuran yeni növ koronavirus infeksiyasına (COVİD-19) qarşı aparılan mübarizəyə qoşulmaq qərarına gəlib. Bu məqsədlə, COVİD-19 virusunun yayılmasının qarşısının alınması üçün yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna “Fruit Aqro” tərəfindən 10 min manat məbləğində vəsait ayrılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti, Cənab İlham Əliyevin 2020-ci il 19 mart tarixli fərmanı əsasında, COVİD-19 xəstəliyinin yayılmasının qarşısını almaq və bu xəstəliyə yoluxanların tezliklə sağalması üçün lazım olan maliyyə dəstəyini təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.