SF2COQI5RC4X3FLL Haqqımızda
AZE EN RU

HAQQIMIZDA

Ölkəmizin regionlarında kifayət qədər geniş potensiala malik istiqamətlərdən biri meyvəçilikdir. Bu da onunla şərtlənir ki, respublikamız bağçılıq üçün dünyanın ən əlverişli iqlim qurşağı üzərində yerləşir.

“FRUİT AQRO”MMC ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, bağçılıq sahəsinin inkişaf etdirilməsi və yerli istehsal potensialının gücləndirilməsi məqsədi ilə yaradılmış şirkətdir.

Hazırda şirkətin əsas hədəfi daxili və xarici bazarlara yönəldilmiş ekoloji cəhətdən təmiz meyvə məhsullarının istehsalı və müasir satış konsepsiyasının formalaşdırılmasıdır.

FRUİT AQRO şirkəti güclü bir heyətin dəstəyi ilə müasir texnologiyalar əsasında keyfiyyətcə yaxşılaşdırılmış, ətraf mühitin bioloji və ekoloji faktorlarına qarşı davamlılığa malik müxtəlif növ meyvələrin istehsalı və satışını təşkil etməklə, onların xarici və yerli bazarlarda ixracını zənginləşdirir.

Şirkətimiz bağçılıq sahəsində bir sıra dövlət qurumları, xarici şirkətlər və beynəlxalq ekspertlərlə əməkdaşlıq edir.

“FRUİT AQRO” MMC yaxın gələcəkdə respublikamızda keyfiyyətli, sağlam meyvə məhsullarının yetişdirilməsi və satışı ilə məşqul olan və nəzərdə tutulmuş hədəflərə ən qısa müddətdə çatacaq perspektivli bir şirkət olacaqdır.

MƏQSƏDİMİZ

Əsas məqsədimiz, ekoloji cəhətdən təmiz və keyfiyyətli orqanik meyvə məhsullarını yetişdirməkdir. Biz ilk növbədə sizin sağlamlığınızı düşünürük və buna görə də sizi yalnız orqanik məhsullar ilə təmin edirik.

Məqsədimizə nayil olmaq üçün, yetişdirdiyimiz məhsulların yüksək səviyyədə olmasına tam nəzarət edirik və bunula sağlam həyata və sağlam gələcəyə imza atırıq!